Xalqımızın
Ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində
də apardığı siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi Azərbaycan Ordusunun
peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə
ləyaqətlə xidmət edir, Vətəninə sadiqdirlər.
Ordumuzun
şücaətini 44 günlük müharibədə gördük və canlı şahidləriyik. Ali Baş
Komandanımızın rəhbərliyi ilə ordumuz düşmənə qan uddurdu. Dəmir yumruq öz qələbəsi
ilə Azərbaycan xalqına sevinc yaşatdı. 30 illik Qarabağ həsrətinə son qoyuldu. Güclü
siyasət Silahlı Qüvvələrimizin qüdrətini göstərdi. Biz gənc nəslin
nümayəndələri Prezidentimizlə, Ordumuzla, qazilərimizlə, Vətənin layiqli
övladları ilə fəxr edirik. Ali Baş Komandanımızın güclü siyasətini bəyənir, onu
dəstəkləyirik və hər zaman yanındayıq.
Nərminə
İmanaova,
Xocalı
rayon ziyalısı